Qara dənizdə terminalın yaxınlığında qeydə alınan dron hücumundan sonra Xəzər Boru Kəməri Konsorsiumu fəaliyyətini normal qaydada davam etdirir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 17-də limana xam neft yükləmək üçün gedən “Nordic Zenith” neft tankeri dronların hücumuna məruz qalıb. Hücum zamanı gəmi boş olub. Ekipaj üzvləri yanğının qarşısını alıb, xəsarət alan olmayıb.
Nazirlik Qazaxıstan nefti üçün heç bir təhlükənin olmadığını vurğulayıb. “Terminalın bütün infrastrukturu fasiləsiz işləyir, tankerlərin yüklənməsi adi rejimdə davam edir”, - deyə məlumatda diqqətə çatdırılıb.
