Konqo Demokratik Respublikasında ebola virusuna yoluxma nəticəsində ölənlərin sayı 864 nəfərə çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "EFE" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, 2 181 yoluxma halı təsdiqlənib, 722 xəstə xəstəxanaya yerləşdirilib, 412 nəfər sağalıb. Hazırda ölüm göstəricisi 39,6 % təşkil edir.
Epidemiya şərq əyalətləri olan İturi (epidemiyanın episentri), Şimali və Cənubi Kivu, Yuxarı Uele, eləcə də Çoponu əhatə edib. Yoluxmaların sayına görə İturi əyaləti liderlik edir.
"Xəstəliyin yayılmasının qarşısını almaq üçün müdaxilə qrupları epidemioloji nəzarəti, erkən diaqnostikanı, xəstələrə qulluğu və təmasların izlənilməsini genişləndirir", - məlumatda bildirilib.
