İran ABŞ-nin Küveytdəki iki bazasına kamikadze pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək hücum edib.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, İran ordusu Küveytdə ABŞ ordusunun istifadə etdiyi Əl-Ədiri düşərgəsi və Əli əs-Salim aviabazasını PUA-larla vurub. Hücumlarda ABŞ-nin hərbi sursat anbarının hədəf alındığı qeyd edilib. Həmçinin Əli əs-Salim aviabazasındakı “Patriot” hava hücumundan müdafiə sistemlərinin və radarın hədəf alındığı bildirilib.
İran tərəfi bu hücumları ABŞ-nin hücumlarına cavab olaraq həyata keçirib.
