Güclü leysan yağışları Gürcüstanda yenidən ciddi problemlər yaradıb

A- A A+

Güclü leysan yağışları Gürcüstanda yenidən ciddi problemlər yaradıb. Bu dəfə ən böyük ziyan İmereti bölgəsinə dəyib.

NUHÇIXAN xəbər verir ki, Kutaisi-Tskaltubo-Tsageri-Lentexi yolunda, Sakdri körpüsünün yaxınlığında çay məcrasından çıxıb, sel suları yola daşıb, nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti qadağa qoyulub.

Gürcüstan İnfrastruktur Nazirliyinin Yol İdarəsinin məlumatına görə, çayın daşması nəticəsində Kutaisi (Tskaltubo dolama yolu)-Tskaltubo-Tsageri-Lentexi-Lasdili daxili dövlət əhəmiyyətli avtomobil yolunun 98-ci kilometrliyində (Sakdri körpüsünün yaxınlığında) su yol infrastrukturuna ziyan vurub. Yolda torpaq sürüşməsi ehtimalı artıb.

Bildirilir ki, təhlükəsizlik səbəbi ilə sözügedən hissədə bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: