ABŞ İran olmadan da Hörmüzdən keçidi təmin edəcəyinə söz verib

A- A A+

ABŞ Hörmüz boğazında gəmiçiliyin azadlığını İranla sülh yolu ilə əldə ediləcək razılaşma əsasında təmin etməyə üstünlük verir. Lakin Vaşinqton Tehran ilə saziş əldə olunmasa belə, bu su arteriyası vasitəsilə gəmilərin hərəkətini təmin edəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt bildirib.

"ABŞ Prezidenti Donald Tramp bu məsələni sülh sazişi ilə həll etmək istəyir, lakin bunun üçün iki tərəfin razılığı lazımdır. Əgər tərəflər buna hazır olsalar, proses məhz bu şəkildə başa çatacaq. Əks halda, biz İranın əməkdaşlığı olmadan Hörmüz boğazından keçidi təmin etməyə davam edəcəyik" deyə Rayt ABC News telekanalına müsahibəsində vurğulayıb.

Onun sözlərinə görə, Yaxın Şərq regionundan hər gün təxminən 14 milyon barrel neft daxil olur. Bunun 7 milyon barreli Hörmüz boğazı vasitəsilə tankerlərlə daşınır, daha 7 milyon barrel isə neft kəmərləri ilə nəql edilir:

"Hazırda Fars körfəzindən gündəlik neft tədarükü təxminən 14 milyon barreldən bir qədər aşağıdır. Bu, münaqişədən əvvəlki daşımaların üçdə ikisidir və mart ayındakı göstəricidən xeyli çoxdur".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: