Çin 2026-cı ilin yanvar-iyun ayları arasında Rusiya neftinin idxalını illik müqayisədə 16,7% artıraraq 57,28 milyon tona çatdırıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, idxalın dəyəri 31,1% artaraq 33,13 milyard dollara çatıb.
Xatırladaq ki, 2025-ci ilin birinci yarısında Çin Rusiyadan 25,27 milyard dollar dəyərində 49,11 milyon ton neft idxal edib.
