Son bir həftə ərzində Vyetnamın şimalında baş verən şiddətli yağışlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
NUHÇIXAN "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə Vyetnamın Təbii Fəlakətlərlə Mübarizə və Bəndlərin İnşası İdarəsi məlumat yayıb.
Bildirilib ki, daha üç nəfər itkin düşüb.
Hakimiyyət orqanlarının məlumatına görə, bütün qurbanlar Layçau əyalətində qeydə alınıb.
Bundan başqa, ümumilikdə 427 ev dağılıb və ya zədələnib, 140-a yaxın ailə isə yüksək riskli zonalardan təxliyə edilib.
Ümumi iqtisadi itkilər 362,46 milyard Vyetnam donqu (təxminən 14,3 milyon dollar) həcmində qiymətləndirilir.
Yerli hakimiyyət orqanları zərərin tam miqyasını qiymətləndirməyə davam edirlər.
