Fransa məhkəməsi həbsxanada zorakılıq və alçaldıcı rəftarın dayandırılmasını tələb edib

A- A A+

Fransanın Kan şəhəri İnzibati Məhkəməsinin təcili işlər üzrə hakimi ədliyyə naziri Jerald Darmanənə Condé-sur-Sarthe penitensiar müəssisəsində məhbuslara qarşı qeydə alınan zorakılıq və alçaldıcı davranışların ən qısa zamanda dayandırılması barədə göstəriş verib.

NUHÇIXAN xəbər verir ki, may ayında Azadlıqdan Məhrumetmə Yerlərinə Nəzarət üzrə Baş Nəzarətçinin (CGLPL) qəfil yoxlaması zamanı həbsxananın mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsində məhbuslara qarşı təhqiramiz, irqçi və üstünlükçü ifadələr, fiziki zorakılıq və alçaldıcı rəftar halları aşkar edilib.

Məhkəməyə müraciəti Beynəlxalq Həbsxanalar Müşahidə Təşkilatı (OIP) edib. Buna səbəb iyulun əvvəlində CGLPL tərəfindən dərc olunan və həbsxana əməkdaşlarının davranışını sərt tənqid edən hesabat olub.

Condé-sur-Sarthe həbsxanasının rəhbərliyi məhkəmə iclasında müəssisədə etik normalara zidd davranışların olmadığını iddia etsə də, hakim bu arqumenti qəbul etməyib. Qərarda vurğulanır ki, penitensiar administrasiyanın yalnız daxili təlimatlar verməsi və əməkdaşlara təlim keçməsi məhbusların təhlükəsizliyini və hüquqlarını təmin etmək üçün kifayət deyil.

Ədliyyə naziri Jerald Darmanen Condé-sur-Sarthe həbsxanasında daxili nəzarət missiyasının fəaliyyətə başlayacağını açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: