Hindistanda etiraz aksiyası: Minlərlə tələbə təhsil nazirinin istefasını tələb edir

A- A A+

Hindistanın paytaxtı Yeni Dehlidə minlərlə gənc parlament binasının qarşısında etiraz aksiyası keçirib.

NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, əsasən universitet tələbələrinin iştirak etdiyi aksiyada imtahan materiallarının sızmasının qarşısının alınması üçün daha sərt tədbirlər görülməsi tələb olunub.

Etirazçılar, xüsusilə tibb fakültələrinə qəbul üçün keçirilən Milli Uyğunluq və Giriş Testi (NEET) ilə bağlı problemlərə diqqət çəkərək, federal təhsil naziri Dharmendra Pradhanın istefasını tələb ediblər.

Bildirilib ki, bu il imtahan vərəqələrinin sızması səbəbindən imtahan yenidən keçirilib. Polis aksiyanın dağıdılması zamanı bir neçə şəxsi saxlayıb və izdihama qarşı gözyaşardıcı qazdan istifadə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: