Hindistanın şimal və şimal-şərqində baş verən daşqınlar, torpaq sürüşmələri və leysanlar nəticəsində azı 25 nəfər ölüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "The Independent" nəşri yazıb.
Xilasetmə briqadaları torpaq sürüşməsi nəticəsində dağıntılar altında qaldığı ehtimal olunan insanların axtarışlarını aparır. Ölənlərin sayının artacağı istisna edilmir.
Sinoptiklər leysanların daha da güclənəcəyi barədə xəbərdarlıq ediblər.
