İran ordusu ABŞ-nin Küveytdəki üç mühüm bazasına dron hücumu təşkil edib.
NUHÇIXAN "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin "anlaşmanı dəfələrlə pozmasla cavab olaraq" bu ölkənin Küveytdəki "Arifcan" bazası, Əl-Udeyd düşərgəsindəki helikopterlərin parklanma yerini və Küveytin "Əhməd Əl-Cabir" bazasındakı binanı dronlarla hədəf alıb.
Məlumatda edilən hücumlar "regionda ABŞ-nin pozduğu təhlükəsizlik və sabitliyi bərpa etməklə" əsaslandırılıb.
Daha əvvəl Bəhreyndə ABŞ-nin hava hücumundan müdafiə (HHM) sisteminin məhv edildiyi açıqlanmışdı.
Öz növbəsində, ABŞ Silahlı Qüvvələri İran ərazisindəki hədəflərə yeni zərbələr seriyası yerinə yetirib.
