Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə sərt cavab veriləcəyini bildirib

A- A A+

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin “Ənsar Allah” (husi) hərəkatının Bab əl-Məndəb boğazında gəmiçiliyə yönəlmiş təhdidlərinə qətiyyətlə cavab veriləcəyini açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, koalisiyanın sözçüsü briqada generalı Turki əl-Maliki Bab əl-Məndəb boğazından keçən ticarət gəmilərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərə başlanıldığını bildirib.

Onun sözlərinə görə, husilərin təhdidləri beynəlxalq hüququn pozulması və dəniz piratçılığı kimi qiymətləndirilir.

Turki əl-Maliki, həmçinin husilərin Yəmən limanları və hava limanlarının bağlanması ilə bağlı bəyanatlarını dezinformasiya və gərginliyi artırmağa yönəlmiş kampaniyanın tərkib hissəsi adlandırıb.

Xatırladaq ki, husilər iyulun 21-də Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: