BMT: Husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası regional eskalasiya riskini artırır

A- A A+

BMT Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının Səudiyyə Ərəbistanına qarşı elan etdiyi dəniz blokadası ilə bağlı ciddi narahatlığını ifadə edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, bu addım naviqasiya azadlığına və regional sabitliyə təhdid yaradır. O, tərəfləri gərginliyi dərhal azaltmağa, bütün fikir ayrılıqlarını dialoq və diplomatiya yolu ilə həll etməyə çağırıb.

Qeyd edək ki, husilər iyulun 20-də Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etdiklərini açıqlayıb və Ər-Riyadın addımlarına cavab olaraq “hərtərəfli eskalasiya” hüququnu saxladıqlarını bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: