Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 354,9 min ton neft koksu, neft bitumu və neft məhsullarının digər qalıqları istehsal edilib.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 44,6 min ton və ya 11,2 faiz azdır.
Bu ilin iyulun 1-i vəziyyətinə ölkədə hazır sözügedən məhsulların ehtiyatı 61,2 min ton təşkil edib.
Hesabat dövründə Azərbaycanda 60,1 min ton neft bitumu, 118,9 min ton isə neft koksu istehsal edilib. Ötən ilin ilk 6 ayındakı göstərici ilə müqayisədə ölkədə neft bitumu istehsalı 55,2 min ton və ya 47,9 faiz azalıb, neft koksu istehsalı isə 13,6 min ton və yaxud 12,9 faiz artıb.
