Rusiyanın Gelencik hava limanında təyyarələrin uçuşuna tətbiq olunan əlavə müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
NUHÇIXAN TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. Bildirilib ki, hava limanı hazırda adi rejimdə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, tətbiq olunan müvəqqəti məhdudiyyətlər uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qüvvəyə minmişdi.
