Suriya hakimiyyəti Livana aparılan 226 qumbaranın aşkarlandığını açıqlayıb.
NUHÇIXAN “əl-Hədəs” telekanalına istinadla bildirir ki, maşında gizlədilən RGC tipli qumbaralar Cədidə Yabus sərhəd-keçid məntəqəsində aşkarlanıb.
Xatırladaq ki, ötən həftə Suriya hakimiyyəti İraqdan ölkəyə qanunsuz yolla gətirilən raket və silah partiyasının ələ keçirildiyini açıqlayıb. Neft sisternində gizlədilən yük ət-Tənf sərhəd-keçid məntəqəsində aşkarlanıb. İlkin araşdırmalara əsasən, silahların Livandakı "Hizbullah" hərəkatına göndərilməsi planlaşdırılıb.
