Avstriya-Qazaxıstan qaşlıqlı əlaqələr platformasında çıxış edən Qazaxıstan Dəmir Yolları Səhmdar Cəmiyyətinin (QDY SC) sədr müavini Anuar Axmetcanov Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) barədə ətraflı məlumat verib.
NUHÇIXAN xəbər verir ki, A. Axmetcanov Avstriyanın dövlət rəsmiləri və biznes strukturlarının iştirak etdiyi tədbirdə çıxışında Çindən Avropaya daşınan yüklərin 85 faizinin Qazaxıstandan keçdiyini bildirib.
“Tranzit yüklərin Çindən Avropaya daşınmasında Orta Dəhlizin xüsusi rolu var. Son 5 il ərzində bu marşrutla daşınan yüklərin həcmi 60 faiz artıb. Hazırda tərəfdaş dövlətlərlə dəhlizin rəqəmsallaşdırılması istiqamətində iş aparılır. Bu gün Orta Dəhliz etibarlı, şəffaf və təhlükəsiz nəqliyyat marşrutudur. Yük terminallarının və logistika mərkəzlərinin birləşdirilməsinə çalışırıq ki, yükdaşımanın həcmini artıraq,” - deyə A. Axmetcanov vurğulayıb.
