Hindistanda daşqınlar 11 nəfərin həyatına son qoyub

A- A A+

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında davam edən daşqınlar nəticəsində ölənlərin sayı 11-ə çatıb, 362 mindən çox insan isə təbii fəlakətdən zərər çəkib.

NUHÇIXAN  Sinxua agentliyinə istinadla xəbər verir ki, daşqınlar ştatın 16 rayonunu əhatə edib. Assam Dövlət Fəlakətlərin İdarə Edilməsi İdarəsinin məlumatına görə, 794 kənd su altında qalıb, 19 mindən çox hektar əkin sahəsinə ziyan dəyib.

Yerli hakimiyyət orqanları zərərçəkənlər üçün 49 müvəqqəti sığınacaq və 52 yardım məntəqəsi yaradıb. Hazırda 44 mindən çox şəxs ərzaq və sığınacaqla təmin olunur.

Məlumata görə, daşqınlar yolların, bəndlərin və digər infrastruktur obyektlərinin zədələnməsinə səbəb olub, xilasetmə və yardım əməliyyatları davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: