İsrail Qərbi Zavtar qəsəbəsini Livana təhvil verib

A- A A+

Livan ordusu bu gün səhər ölkənin cənubundakı Qərbi Zavtar qəsəbəsində yerləşib.

NUHÇIXAN  “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, İsraillə əldə edilmiş razılaşmaya əsasən, İsrail Livanın cənubunda nəzarətində saxladığı bir sıra əraziləri “pilot zona” bölgüsünə uyğun olaraq Livana qaytarmağa başlayıb. Livan ordusunun nəzarətinə verilən ilk zona – Qərbi Zavtar qəsəbəsi Nabatiyyə rayonunda yerləşir.

Qeyd edilir ki, razılaşmaya əsasən, İsrail ordusunun nəzarətində olan bir sıra Livan əraziləri 3 “pilot zona” - Qərbi Zavtar, Froun, Srifa üzrə geri qaytarılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: