Fransada 15 yaşdan kiçik şəxslərə sosial mediadan istifadə qadağan edilir

A- A A+

Fransa parlamenti 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun layihəsini qəbul edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Bildirilib ki, qanun layihəsi Senatda 243 səs lehinə, 2 səs əleyhinə, Milli Assambleyada isə 279 səs lehinə, 81 səs əleyhinə olmaqla qəbul edilib.

Yeni qaydalara əsasən, sosial şəbəkə platformaları istifadəçilərin yaşını təsdiqləməlidir. Lakin yaşın müəyyənləşdirilməsi mexanizmi qanun mətnində göstərilməyib.

Sənəddə, həmçinin lisey şagirdlərinin məktəblərdə mobil telefonlardan istifadəsinə qadağa qoyulması nəzərdə tutulur.

Qanunun sentyabr ayında – yeni tədris ilinin başlanğıcında qüvvəyə minəcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: