Monqolustanda bubonik taun şübhəsi qeydə alınıb

A- A A+

Monqolustanın qərbində yerləşən Hovd əyalətində bubonik taun xəstəliyinə şübhəli yoluxma halı qeydə alınıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Monqolustanın Zoonotik Xəstəliklər üzrə Milli Mərkəzi məlumat yayıb. Bildirilib ki, həmin şəxsin Bayan-Ülgi əyalətinə səfəri zamanı marmot əti qəbul etdikdən sonra xəstəliyə yoluxduğu ehtimal edilir. Hazırda diaqnozun təsdiqlənməsi üçün PCR testi aparılır.

Qeyd edilib ki, Monqolustanın 21 əyalətindən 17-si bubonik taun riski altında hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bubonik taun vəhşi gəmiricilərdə yaşayan birələr vasitəsilə yayılan bakterial xəstəlikdir və vaxtında müalicə olunmadıqda 24 saat ərzində ölümcül ola bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: