Hindistanın şimal-şərqində tikinti mərhələsində olan tuneldə metan qazının partlaması nəticəsində 20 nəfər həlak olub.
NUHÇIXAN Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə Milli Hidroelektrik Enerji Korporasiyası tərəfindən inşa edilən 7 kilometrlik tuneldə baş verib. Partlayış zamanı tuneldə 25 nəfər olub. Onlardan 20-nin öldüyü təsdiqlənib, 5 nəfərin isə tuneldə qaldığı ehtimal edilir.
Enerji Korporasiyası bildirib ki, hadisəyə qayaların içərisində toplanmış metan qazının qəfil partlaması səbəb olub. Şirkət partlayışın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmaya başlanıldığını açıqlayıb.
