Tokioda davam edən isti hava dalğası səbəbindən 261 nəfər günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
NUHÇIXAN Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Tokio Yanğından Mühafizə İdarəsi məlumat yayıb. Qeyd olunub ki, bu, 2022-ci ildən bəri bir gün ərzində qeydə alınan ən yüksək göstəricidir.Həmin gün təcili yardım çağırışlarının sayı da rekord həddə - 3454-ə çatıb.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, Tokionun mərkəzində havanın temperaturu 36,4 dərəcə, ölkənin bəzi bölgələrində isə 40 dərəcəni ötüb. İsti hava nəticəsində Toçiqi prefekturasında 84 yaşlı kişinin həyatını itirdiyi bildirilir.
Səlahiyyətli qurumlar əhalini isti hava ilə əlaqədar ehtiyatlı olmağa və qoruyucu tədbirlərə əməl etməyə çağırıblar.
