Ermənistan MSK Samvel Karapetyanın qardaşı oğlunu deputat toxunulmazlığından məhrum edib

A- A A+

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Baş Prokurorluğun vəsatəti əsasında müxalif "Güclü Ermənistan" partiyasının liderlərindən biri Narek Karapetyanı deputat toxunulmazlığından məhrum edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistanın baş prokurorunun müşaviri Lusine Martirosyan "Armenpress" nəşrinə müsahibəsində bildirib.

Baş Prokurorluq ötən gün MSK-ya N.Karapetyan barəsində cinayət təqibinin başlanması və onun azadlıqdan məhrum edilməsi haqqında vəsatət təqdim edib.

N.Karapetyan ev dustaqlığında olan "Taşir" Şirkətlər Qrupunun prezidenti və "Güclü Ermənistan"ın rəhbəri Samvel Karapetyanın qardaşı oğludur.

N.Karapetyan deputat mandatını iyulun 21-də almışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: