Mərkəzi Komandanlıq: Hörmüz boğazı tranzit üçün açıqdır

A- A A+

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazının giriş və çıxışına nəzarət etməsinə dair növbəti iddiasını təkzib edib.

NUHÇIXAN xəbər verir ki, CENTCOM bununla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Bu məlumat yalandır. İran Hörmüz boğazına nəzarət etmir. Beynəlxalq dəniz yolu SEPAH-ın təhdid və hücumlarına baxmayaraq, tranzit üçün açıq qalır".

Açıqlamada vurğulanıb ki, SEPAH gəmiləri boğazdan yalnız özünün müəyyən etdiyi marşrutla keçməyə məcbur edir.

CENTCOM ticarət gəmilərinin ABŞ ordusunun dəstəyi ilə boğazdan istifadəni davam etdirdiyini diqqətə çatdırıb. Məlumatda bildirilir ki, may ayının əvvəlindən bəri ABŞ qüvvələri 900-dən çox gəminin boğazdan təhlükəsiz keçidini təmin edib.

Xatırladaq ki, bir qədər əvvəl İran hərbi komandanlığı Oman sahilləri yaxınlığından — Hörmüz boğazından keçən cənub marşrutunun minalandığını bəyan etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: