Venesuelada baş vermiş güclü zəlzələlər nəticəsində həlak olanların sayı 5 398 nəfərə çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges məlumat verib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində 16 740 nəfər xəsarət alıb, 17 907 şəxs evsiz qalıb.
Tamamilə dağılan binaların sayı 190 olub, 856 bina isə ciddi zədələnib. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 sakin xilas edilib. Eyni zamanda 128 324 ailəyə yardım göstərilib, 23 335 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib. Zərərçəkənlərə 10 964,199 ton ərzaq məhsulu təqdim olunub.
Zəlzələ iyunun 24-də axşam saatlarında Venesuelada baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan seriyası qeydə alınıb. Onların episentrləri Yarakuya ştatında bir-birindən 10 km məsafədə yerləşib. Zəlzələdən sonra 1 463 afterşok baş verib.
