Daşqınlar Hindistanın Assam ştatında 41 nəfərin həyatına son qoyub

A- A A+

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında sel və daşqınlar 41 nəfərin həyatına son qoyub.

NUHÇIXAN Hindistan mediasına istinadla xəbər verir ki, ölkə rəsmilərinin çərşənbə günü verdikləri məlumatlara görə, son 24 saat ərzində Assam ştatında daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. Ümumilikdə, təbii fəlakət bir həftə ərzində 41 nəfərin həyatına son qoyub. Məlumatda yeni ölüm hallarının ştatın beş rayonunda qeydə alındığı bildirilib.

Assam ştatının rəhbəri Himanta Bisva Sarma fəlakətdən 700 mindən çox insanın zərər çəkdiyini, üç nəfərin isə itkin düşdüyünü bildirib. O qeyd edib ki, belə geniş miqyasda güclü yağışlar və daşqınlar bölgədə ilk dəfədir baş verir.

Ştatın rəhbərliyi bütün departamentlərə ərazidə təbii fəlakətdən zərər çəkən insanlara yardım göstərməyi, normal həyat bərpa olunana qədər xilasetmə, bərpa və reabilitasiya işlərini sürətləndirməyi tapşırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: