Rusiya Pavloqrada zərbə endirib, ölən və yaralananlar var

A- A A+

Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərindəki qida sənayesi müəssisəsinə zərbə endirib, nəticədə 3 nəfər ölüb, azı 10 nəfər yaralanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib:

"Yaralılar xəstəxanaya yerləşdirilib, onlara lazımi tibbi yardım göstərilir".

Dağıntıların miqyası və zərərçəkənlərin sayı barədə məlumatı dəqiqləşdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: