İspaniyadan Polşaya uçan təyyarədə insident: kapitanın halı pisləşdiyi üçün Milana təcili eniş edildi

A- A A+

Palma-de-Malyorkadan Varşavaya uçan Polşanın LOT aviaşirkətinə məxsus sərnişin təyyarəsi kapitanın uçuş zamanı səhhətinin qəfil pisləşməsi səbəbindən Milan yaxınlığındakı Malpensa hava limanına planlaşdırılmamış eniş edib.

NUHÇIXAN İtaliyanın Adnkronos informasiya agentliyinə istinadla xəbər verir ki, təyyarə təhlükəsiz şəkildə yerə enib. Hava limanında ehtiyat tədbiri olaraq fövqəladə xidmətlər səfərbər edilsə də, kapitanın əlavə tibbi yardıma ehtiyacı olmayıb. Hadisə nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: