Çexiyanın Nameşt-nad-Oslavoy şəhərində yerləşən 22-ci bazada "Venom" helikopteri qəzaya uğrayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Çexiya Ordusunun "X" sosial şəbəkəsindəki məlumatında bildirilir.
"Helikopterin göyərtəsində 5 hərbçi olub. Hadisə yerində inteqrasiya olunmuş xilasetmə sisteminin bölmələri işləyir. Vəziyyət imkan verən kimi əlavə məlumat dərc edəcəyik", - məlumatda qeyd olunub.
Çexiya mediasının məlumatına görə, hərbçilərdən biri həlak olub.
Fövqəladə xidmətlərin nümayəndəsi Petr Yanaçek hadisə yerinə bir neçə yerüstü xilasetmə bölməsinin, eləcə də helikopterlərin yönləndirildiyini bildirib.
