Qazaxıstan yeni Konstitusiyanın audio və video versiyalarını təqdim edib

A- A A+

Qazaxıstanın Konstitusiya Məhkəməsi ölkənin yeni Konstitusiyasının tam audio və video versiyalarını qazax və rus dillərində təqdim edib.

NUHÇIXAN Qazaxıstan Konstitusiya Məhkəməsinə istinadla xəbər verir ki, layihə vətəndaşların Əsas Qanuna bərabər çıxışını təmin etməyi hədəfləyir. Audio format, xüsusən də görmə qabiliyyəti məhdud olan insanlar, eləcə də məlumatı eşidərək qəbul etməyə üstünlük verənlər üçün əlverişlidir.

Yeni Konstitusiyanın tam audio versiyası Konstitusiya Məhkəməsinin rəsmi saytında mövcuddur, video versiyası isə Məhkəmənin rəsmi sosial media hesablarında dərc edilib.

Qazaxıstan Respublikasının yeni Konstitusiyası 2026-cı il iyulun 1-dən qüvvəyə minib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: