Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlanıb

A- A A+

2026-cı ilin yeddi ayı ərzində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları arasında 30 ölüm halı qeydə alınıb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi məlumat yayıb.

Məlumata əsasən, 30 ölüm halından 11-i rəsmi olaraq hərbi xidmətlə bağlı, 19-u isə hərbi xidmətlə bağlı olmayan hal kimi tanınıb.

Qeyd edilir ki, 2026-cı ildə hərbi qulluqçuların bütün ölüm halları qeyri-döyüş şəraitində baş verib. Cari ildə 30 hərbi qulluqçunun qeyri-döyüş şəraitində ölüm hallarının üçdəbirindən çoxunu (təxminən 37%-ni) intihar və qətl nəticəsində baş verən hallar təşkil edir.

Bununla yanaşı, səkkiz intihar halından altısı və üç qətl halından ikisi hərbi xidmətlə bağlı olan hallardır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: