Rusiya 2026-cı il iyulun 27-dən Ermənistandan süd məhsullarının idxalını məhdudlaşdırır.
Bu barədə NUHÇIXAN Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Qurumdan qeyd edilib ki, iyulun 14-dən 21-dək "Rosselxoznadzor"un mütəxəssisləri əvvəllər baytarlıq xidmətinin zəmanəti ilə açılmış və məhsullarını Rusiyaya tədarük edən Ermənistanın süd emalı müəssisələrində yoxlama aparıblar.
"Aşkar edilmiş pozuntularla əlaqədar "Rosselxoznadzor" təhlükəli süd məhsullarının Rusiyaya idxalının qarşısının alınması və daxili bazarda satışına yol verilməməsi üçün tədbirlər görüb", - məlumatda bildirilib.
