Gürcüstan daxilində elektrik enerjisi təchizatı tam bərpa olunub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Elektrik Sistemi məlumat yayıb.
Bildirilir ki, bərpa işləri gecəboyu davam edib.
"Gecə saat 00:10 radələrində ölkə daxilində elektrik enerjisi kəsilib, bundan sonra bərpa işləri başlanıb və gecə boyunca elektrik enerjisi tədricən bərpa edilib", - deyə məlumatda bildirilir.
Hazırda qəzanın dəqiq səbəbləri müəyyən edilir.
