Almaniya Kansleri Fridrix Merts surroqat analıqla bağlı qalmaqalla əlaqədar Yens Şpanın XDS/XSS fraksiyasının rəhbəri postundan istefa verməsindən sonra hökumətdə həyata keçirmək qərarına gəldiyi kadr dəyişikliyi barədə elan edib.
NUHÇIXAN Almaniya mediasına istinadən xəbər verir ki, bu barədə Merts mətbuat konfransında bildirib.
O qeyd edib ki, yaxın vaxtlarda hökumətin tərkibindəki digər dəyişikliklər barədə elan edəcək. Bu qərarlar "daha bir neçə gün, bəlkə də daha çox vaxt" aparacaq.
Bundan əvvəl XDS fraksiyanın baş katibi olmuş Karsten Linnemann səhiyyə naziri postunda Nina Varkeni əvəz edəcək. Varken isə kansler aparatının yeni rəhbəri olacaq. Hələlik Linnemannın yerinə kimin təyin olunacağı bəlli deyil.
Frits Güntsler nəqliyyat naziri postunda Patrik Şnideri əvəz edəcək.
