Dörd ölkə ABŞ-nin yeni tariflərinə etiraz edib

A- A A+

Yaponiya, Avstraliya, Cənubi Koreya və Yeni Zelandiya rəsmiləri cümə günü ABŞ-nin bir neçə ticarət tərəfdaşına tətbiq etdiyi yeni tariflərə qarşı çıxaraq, bu tədbirləri “təəssüf doğuran” və “əsassız” adlandırıblar.

NUHÇIXAN “Kyodo News” agentliyinə istinadla xəbər verir ki, hökumət sözçüsü Minoru Kihara Yaponiyanın sənaye və ticarət təcrübələrinin beynəlxalq qaydalara uyğun olduğunu deyib. O, Tokioda jurnalistlərə bildirib: “ABŞ-nin keçənilki razılaşmadan başqa Yaponiyaya heç bir əlavə tarif tətbiq etməyəcəyini təsdiqləmişdik”.

Reaksiya ABŞ-nin cümə axşamı günü məcburi əməklə istehsal olunan malların beynəlxalq ticarətə daxil olmasının qarşısını almaqda uğursuzluqları iddiası ilə 60 ticarət tərəfdaşının idxalına yeni tariflər elan etməsindən sonra gəlib. Rüsumlar cümə günü qüvvəyə minib. “ABŞ tərəfi ilə sıx əlaqə saxlamağa davam edəcəyik”, - deyə Kihara bildirib.

Tokio və Vaşinqton ötən il Yaponiya mallarına 15 faiz tarif tətbiq edən pakt imzalayıb.

Avstraliya da yeni tədbirləri rədd edib. Bu ölkənin ticarət naziri Don Farrell Kanberranın müasir köləlik məsələsinə ciddi yanaşdığını və daha yüksək tarifləri əsassız hesab etdiyini bildirib.

“ABC News” telekanalına görə, Farrell bildirib ki, Avstraliyaya qarşı bu yüksək tariflərin tətbiqi əsassızdır. Kanberra bütün tariflərin aradan qaldırılması üçün ABŞ ticarət nümayəndəsinə lobbiçilik etməyə davam edəcək.

ABC News-a görə, Farell deyib: "Avstraliyaya qarşı bu yüksək tariflərin tətbiqi əsassızdır və biz Avstraliya mallarına qarşı bütün tariflərin aradan qaldırılması üçün ABŞ ticarət nümayəndəsinə lobbiçilik etməyə davam edəcəyik".

“Yonhap” xəbər agentliyinin məlumatına görə, yeni tarif dərəcələrindən təsirlənən digər bir ölkə olan Cənubi Koreya da Vaşinqtonun keçən il əldə edilmiş mövcud 15 faiz rüsum razılaşmasına riayət etmək öhdəliyini təsdiqlədiyini bildirib. “ABŞ tərəfi, həmçinin mövcud ticarət razılaşmasının qorunub saxlanılması mövqeyini təsdiqləyib”, -deyə bu ölkənin Ticarət, Sənaye və Resurslar Nazirliyi bildirib.

Yeni Zelandiya da ABŞ-nin iddialarını rədd edib. Bu ölkənin ticarət naziri Todd Makkley məcburi əməklə əlaqəli ticarət təcrübələrində iştiraka dair iddiaları əsassız adlandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: