Gürcüstan XİN Avropa İttifaqının qərarına etirazını bildirib

A- A A+

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Kulevi Neft Emalı Zavodunun Avropa İttifaqının (Aİ) 21-ci sanksiya paketinə daxil edilməsi qərarı ilə bağlı narahatlığını bildirib.

NUHÇIXAN xəbər verir ki, Gürcüstan XİN bu qərarla əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir ki, Aİ-nin 21-ci sanksiya paketinin hazırlanması zamanı Gürcüstan tərəfi Avropa Komissiyasına müvafiq sənədlər təqdim edib. Bu sənədlərdə Kulevi Neft Emalı Zavodunun sanksiyalar siyahısına daxil edilməsi üçün heç bir faktiki və ya hüquqi əsasın olmadığı bildirilir.

"Gürcüstan Avropa İttifaqı tərəfindən tətbiq edilən sanksiya rejimini, bu rejimin kontekstini tam nəzərə alır və Gürcüstan ərazisinin sanksiyalardan yayınmaq üçün istifadə edilməməsini təmin etmək üçün bütün tədbirləri görür. Bu istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlıq şəffaflıq və açıqlıq prinsiplərinə əsaslanır", - deyə sənəddə bildirilir.

Gürcüstan XİN ümid edir ki, Avropa Komissiyasının və Aİ üzv dövlətlərinin müvafiq xidmətləri ədalət prinsipini rəhbər tutacaq və qərarda göstərilən altı aylıq müddət ərzində qərarı nəzərdən keçirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: