Bu ilin altı ayında cinayət işləri üzrə müəyyən edilən 27 milyon manatdan çox maddi ziyan ödənilib

A- A A+

Azərbaycanda bu ilin altı ayında cinayət işləri üzrə müəyyən edilən 27 milyon manatdan çox maddi ziyan ödənilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında qeyd olunub

Bildirilib ki, prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə müəyyən edilmiş maddi ziyandan istintaq tədbirləri ilə 27 milyon 152 min manatın ödənilməsi təmin edilib, 3 milyon 485 min manat məbləğində əmlak üzərinə isə həbs qoyulub və müəyyən edilən ziyanın tam ödənilməsi üçün hazırda tədbirlər davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: