Quterreş husiləri ticarət gəmilərinə hücum etməməyə çağırıb

A- A A+

Qırmızı dənizdə husilərin ticarət gəmilərinə hücumlarının yenidən başlaması və dəniz naviqasiyasına qarşı yenilənmiş təhdidlərdən dərin narahatlıq keçirirəm.

NUHÇIXAN xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib.

Onun sözlərinə görə, Yəməndə davam edən düşmənçilik sülh perspektivlərini sarsıdacaq və regionda, ondan kənarda ciddi iqtisadi, humanitar və ekoloji nəticələrə səbəb olacaq.

“Mən dərhal gərginliyin azaldılmasına və husiləri hər hansı bir hücumdan, digər gərginlik yaradan hərəkətlərdən çəkinməyə çağırıram”, - deyə Baş katib əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: