Venesuelada zəlzələ qurbanlarının sayı 5546 nəfərə çatıb

A- A A+

Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 5 546 nəfərə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges "Telegram" kanalında məlumat yayıb.

Rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 16 740 nəfər xəsarət alıb, 17 907 nəfər evsiz qalıb. Bundan başqa, 190 bina tamamilə dağılıb, 856 tikiliyə ciddi ziyan dəyib.

Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib. Hazırda minlərlə zərərçəkənə tibbi və humanitar yardım göstərilir.

Xatırladaq ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: