Venesuela hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq qərarına gəlib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri Feliks Plasensiya bildirib.
Nazirin sözlərinə görə, Karakas BMT-nin Baş katibi Antonio Quterreşi Venesuelanın BCM-dən çıxmaq prosesinə başlamaq barədə qərarı ilə bağlı məlumatlandırıb.
Nazir qeyd edib ki, Venesuela BCM-nin fəaliyyətini “coğrafi baxımdan qərəzli” hesab edir. Onun sözlərinə görə, bu yanaşma dövlətlər arasında bərabərsizliyi daha da dərinləşdirir.
Qeyd edək ki, iyun ayında Niger də Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq qərarını açıqlayıb. Bundan əvvəl Filippin və Burundi də BCM-dən ayrılıb.
