Makron Fransadakı meşə yanğınlarına görə ordunu səfərbər edib

A- A A+

Fransa Prezidenti Emmanuel Makron ölkədə davam edən güclü meşə yanğınları ilə əlaqədar silahlı qüvvələrin səfərbər olunması barədə göstəriş verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, Makron hökumətə idarələrarası böhran mərkəzinin və ordunun imkanlarından istifadə etməklə yanğınlarla mübarizənin gücləndirilməsi tapşırığını verib.

Fransa lideri, həmçinin Avropa Komissiyasından Aİ-nin mülki müdafiə mexanizminin işə salınmasını istəyib. Bu çərçivədə Fransanın cənub-qərbinə üç yanğınsöndürmə təyyarəsi və iki helikopter göndərilib.

Jironda departamentində davam edən yanğın son 50 ildə Fransada baş verən ən dağıdıcı meşə yanğınlarından biri kimi qiymətləndirilir. Yanğın nəticəsində 110 minə yaxın insan təxliyə edilib, alovun əhatə etdiyi ərazi 14 min hektarı ötüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: