Tramp: Səudiyyə Ərəbistanı nüvə sazişi üçün İsraillə münasibətləri normallaşdırmalıdır

A- A A+

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Səudiyyə Ərəbistanı ilə dinc məqsədli nüvə əməkdaşlığı sazişinin həyata keçirilməsi üçün Ər-Riyad İsraillə münasibətləri normallaşdırmalıdır.

NUHÇIXAN xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edib ki, Səudiyyə Ərəbistanı Vaşinqtonla belə bir razılaşma əldə etmək istəyirsə, İsraillə münasibətlərin qurulmasını nəzərdə tutan “İbrahim razılaşmaları”na qoşulmalıdır.

Qeyd edək ki, ABŞ Energetika Nazirliyi daha əvvəl Ər-Riyadla nüvə əməkdaşlığına dair razılaşmanın əldə olunduğunu açıqlamışdı. Qərb mediası bu razılaşmanın Səudiyyə Ərəbistanına dinc məqsədlərlə uranın zənginləşdirilməsi imkanları yarada biləcəyini yazmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: