Fransanın Bordo şəhərindəki hərbi sənaye müəssisələri yanğın təhlükəsi ilə üz-üzədir

A- A A+

Fransanın cənub-qərbində davam edən meşə yanğınları Bordo şəhəri yaxınlığında yerləşən hərbi sənaye müəssisələrini təhlükə altına qoyub.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Məlumata görə, yanğın Arkaşon körfəzi ətrafındakı əraziləri əhatə edərək “Safran”, “Thales”, “Dassault” və “ArianeGroup” şirkətlərinin istehsal obyektlərinin yerləşdiyi sənaye zonasına yaxınlaşıb.

Bildirilib ki, Fransa Silahlı Qüvvələri Nazirliyi strateji əhəmiyyət daşıyan müəssisələrin mühafizəsi üçün əlavə qüvvə və vasitələr cəlb edib.

Son məlumatlara əsasən, yay mövsümünün əvvəlindən Fransada meşə yanğınları nəticəsində 115 min hektardan çox ərazi yanıb, on minlərlə sakin təxliyə olunub. Yanğının söndürülməsinə digər Avropa ölkələrinin xilasediciləri də cəlb edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: