WSJ: “Nvidia” və “OpenAI” 250 milyard dollarlıq maliyyələşdirməni müzakirə edir

A- A A+

ABŞ-nin “Nvidia” şirkəti süni intellekt startapı “OpenAI” üçün genişmiqyaslı məlumat mərkəzinin tikintisinə təxminən 250 milyard dollarlıq maliyyə dəstəyi göstərmək imkanlarını müzakirə edir.

NUHÇIXAN xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, maliyyələşdirmə “OpenAI”yə Yaponiyanın “SoftBank” şirkətinin törəmə qurumu tərəfindən inşa edilən 10 giqavatlıq enerji qurğusunun icarəsini davam etdirmək üçün kredit təminatı yaratmağa imkan verə bilər.

WSJ qeyd edir ki, layihənin ümumi dəyəri 500 milyard dolları ötə bilər və bu, dünyanın ən böyük məlumat mərkəzi layihələrindən birinə çevrilə bilər.

Xatırladaq ki, ötən il “OpenAI”, “Oracle” və “SoftBank” “Stargate” layihəsi çərçivəsində ABŞ-də beş yeni süni intellekt məlumat mərkəzinin tikintisi planlarını açıqlamışdılar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: