İran XİN: ABŞ ilə fikir mübadiləsi davam edir, amma danışıqlar üçün ilkin şərtlər yoxdur

A- A A+

İran ilə ABŞ arasında fikir mübadiləsini davam etdirir, lakin danışıqlar üçün ilkin şərtlər yoxdur. NUHÇIXAN xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Avstriyanın ORF televiziyasına müsahibəsində bildirib. Onun sözlərinə görə, İranın təcili prioriteti danışıqlarda iştirak etmək deyil, öz suverenliyini qorumaqdır. “Biz fikir mübadiləsi aparırıq, amma hazırda prioritetimiz İranın suverenliyini, ərazi bütövlüyünü və xalqını müdafiə etməkdir”, - deyə Bəqai qeyd edib.

O, Vaşinqtonu diplomatiyanı dəfələrlə pozmaqda ittiham edərək bildirib ki, ABŞ-nin hərəkətləri danışıqlar üçün zəruri olan şərtləri məhv edir və Tehranla əvvəlki anlaşmaları pozur.

Bəqai ABŞ-nin son hücumlarını İrana qarşı qanunsuz müharibənin davamı kimi qiymətləndirərək iddia edib ki, bunlar Vaşinqtonun öz öhdəliklərini yerinə yetirmədiyin göstərir.

XİN sözçüsü Tehranın Hörmüz boğazı ilə bağlı beynəlxalq gəmiçilik təhlükəsizliyini təmin etmək məsuliyyətini yerinə yetirdiyini, lakin strateji su yolunun ölkənin milli təhlükəsizliyini təhdid etmək üçün platformaya çevrilməsinə icazə verməyəcəyini bildirib.

2015-ci il nüvə sazişinə toxunan Bəqai qeyd edib ki, ABŞ-nin bu razılaşmadan çıxmasından sonra Avropa ölkələri də öhdəliklərini yerinə yetirməyib və bu səbəbdən onların “İran qarşısında böyük məsuliyyəti var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: