Gürcüstanın valyuta ehtiyatları 7,1 milyard dollara yüksəlib

A- A A+

Cari ilin iyun ayında Gürcüstan Milli Bankı valyuta bazarındakı mövcud vəziyyətdən istifadə edərək beynəlxalq valyuta ehtiyatlarını artırmağa davam edib. İyunda bankın xalis valyuta alışları 612,6 milyon ABŞ dolları təşkil edib. Nəticədə iyunun sonuna ölkənin valyuta ehtiyatları 7,1 milyard dollara yüksəlib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Milli Bank məlumat yayıb.

Bildirilib ki, beynəlxalq valyuta ehtiyatları ölkənin makroiqtisadi sabitliyinin əsas təminatlarından biridir. Bu səbəbdən bank bazar şəraiti əlverişli olduqda ehtiyatların artırılması siyasətini ardıcıl şəkildə davam etdirir.

Ümumilikdə cari ilin yanvar-iyun aylarında Milli Bankın xalis valyuta alışları 2 milyard 78,4 milyon ABŞ dolları olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: