Fransanın Jirond departamentində meşə yanğınları davam edir, 220 mindən çox insan təxliyə olunub

A- A A+

Fransanın Jirond departamentində davam edən genişmiqyaslı meşə yanğınlarına baxmayaraq, Bordo şəhərinin təxliyəsi hazırda gündəmdə deyil.

NUHÇIXAN xəbər verir ki, bunu Fransanın enerji üzrə nazir müavini və hökumətin sözçüsü Mod Brejon bildirib.

Onun sözlərinə görə, alov şəhərə yaxınlaşsa da, vəziyyət diqqətlə izlənilir. Ötən həftənin üçüncü günündən davam edən yanğın indiyədək 42 min hektar ərazini əhatə edib və 220 mindən çox insanın təxliyəsinə səbəb olub. Prefektura gecə ərzində vəziyyətin ümumilikdə sabit qaldığını bildirsə də, yanğının hələ də ciddi təhlükə yaratdığını vurğulayıb.

Mod Brejon, həmçinin Jirondda fəaliyyətini dayandırmaq məcburiyyətində qalan müəssisələrlə bağlı müvafiq işlərin görüldüyünü açıqlayıb. “Təxliyələr səbəbindən təxminən 15 min müəssisənin fəaliyyəti dayanıb. Hökumət iqtisadiyyat, ticarət, turizm və meşə sənayesi nümayəndələri ilə görüş keçirərək, zərərin azaldılması və şirkətlərin dəstəklənməsi yollarını müzakirə edəcək”, - deyə o diqqətə çatdırıb.

Brejon, eyni zamanda, vətəndaşları yanğın tam nəzarət altına alınana qədər Jirond departamentinə səfər etməməyə çağırıb. Bildirilib ki, bu, xilasedici qüvvələrin maneəsiz fəaliyyət göstərməsi və nəqliyyat yollarının yüklənməsinin qarşısını almaq üçün vacibdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: