Budapeştin dəmir yolu xətləri tarixi yenilənmə proqramına daxil edilir

A- A A+

Macarıstan hökuməti Budapeştin şəhərətrafı dəmir yolu şəbəkəsinin genişmiqyaslı modernləşdirilməsinə başlayacağını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, nəqliyyat və investisiyalar naziri David Vitezi layihənin Avropa İttifaqının maliyyə dəstəyi hesabına həyata keçiriləcəyini bildirib.

Bu il proqram çərçivəsində Çepel, Rakeve və Sentendre xətlərində 42 yeni, alçaqdöşəməli və kondisionerli qatarın alınması üçün tender elan ediləcək. Bununla yanaşı, relslər, platformalar və enerji təchizatı sistemi də tam yenilənəcək. Nazir qeyd edib ki, məqsəd şəhərətrafı dəmir yolu sərnişinlərinə XXI əsrin tələblərinə cavab verən rahat və təhlükəsiz xidmət göstərməkdir. Layihə çərçivəsində platformalar əlçatanlıq standartlarına uyğun hündürləşdiriləcək, Çepel son dayanacağı və ətraf yol infrastrukturu yenidən qurulacaq.

Hazırda istifadə olunan qatarların əksəriyyətinin 60 ildən çox yaşı var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: