Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək

A- A A+

Monteneqro noyabrın 1-dən Rusiya, Belarus, Çin, Səudiyyə Ərəbistanı və Türkiyə vətəndaşları üçün viza tətbiq edəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Monteneqro Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

"Monteneqro hökuməti 2026-cı il iyulun 23-də viza rejimi haqqında qərara əlavələr edilməsi barədə qərar qəbul edib, buna əsasən Belarus, Çin, Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyə vətəndaşlarına noyabrın 1-dən Monteneqroya daxil olmaq üçün viza lazımdır", - qurumun məlumatında qeyd edilib.

Bildirilib ki, bu tədbir viza siyasətinin Avropa İttifaqı ilə tam uyğunlaşdırılması məqsədilə qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: